Əziz II – X sinif şagirdləri, Fənlərin Dostluğu Olimpiadası başlayır!
Əziz II – X sinif şagirdləri, Fənlərin Dostluğu Olimpiadası başlayır!
10 dekabr 2023-cü il tarixində baş tutacaq Fənlərin Dostluğu Olimpiadasının builki buraxılışı Bakı, Naxçıvan, Sumqayıt və Xırdalan şəhərləri başda olmaqla respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin II – X sinif şagirdləri arasında keçiriləcək. Bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada şagirdlər 2 saat müddətində 30 sualı cavablandıracaqlar.
Olimpiadanın sualları inteqrasiyaya əsaslanır. 2 fənli, 3 fənli, 4 fənli və 5 fənli olmaqla tərtib edilən suallar çətinlik dərəcəsinə görə qiymətləndirilir.
Olimpiada qalibləri reytinq xalları üzrə noutbuk, planşet, “sagvey”, ağıllı saat, qulaqlıq, “bookreader” kimi hədiyyələr qazanacaqlar.
Bundan əlavə hər sinif üzrə ilk 3 yerə 30, 50, 100 manatlıq kitab hədiyyə olunacaq.
Olimpiadada iştirak etmək istəyən şagirdlər www.tio.edu.az saytında onlayn qeydiyyatdan keçə bilərlər.
Fənlərin Dostluğu Olimpiadası Hədəf Liseyi və Hədəf Kurslarının binalarında təşkil olunacaq.
Olimpiadada iştirak ödənişlidir.
İmtahan dili: Azərbaycan dili
İmtahan tarixi: 10 dekabr, 2023
Mükafatlandırma tarixi: 22 dekabr, 2023
Olimpiadanın təşkilatçısı “Hədəf Nəşrləri”, dəstəkçiləri Sınaq İmtahan Mərkəzi, Medika Hospital, EduHek, SinKod, Hədəf Global, Robotzade və “Kitabevim.az” mağazası, “Senet.az” portalı və “Ustad” dərgisidir.
#Fenlerin dostlugu olimpiadasi , #Fənlərin dostluğu olimpiadası #fenlerindostluguolimpiadasi