EFMF

EFMF – Elm, Faydalılıq, Mühəndislik Festivalı

EFMF nədir?

EFMF – Özün düzəlt ənənəvi olaraq ildə bir dəfə keçiriləcək bacarıq, yaradıcılıq, əl istehsalının bir arada olduğu və balabilgələrin özlərinin hazırladıqlarının sərgiləndiyi elm, mühəndislik və faydalılıq festivalıdır.

 İdeya müəllifi
Hədəf Şirkətlər Qrupunun qurucusu, “Tərəqqi” medalı laureatı, ANAİB idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq

Layihənin Təsisçisi
Hədəf STEM Liseyi

Festivalın şüarı
Xəyallarını əllərin göstərsin (Let your hands show your thoughts)

Məqsəd
Artıq üçüncüsü keçiriləcək festival Hədəf STEM Liseyi müəllimlərinin lisey balabilgələri və ailələri ilə bir il ərzində hazırladıqları layihələr əsasında baş tutur. Hədəf mühəndislik liseyidir və hər ilin sonunda balabilgələr hesabat xarakterli layihələrini özləri təqdim edir, elmin yaşam üçün faydalılığından danışırlar.

Məzmunu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində dünyada baş verən texnoloji yeniliklərin ölkəmizə gətirilməsi ilə bağlı təşəbbüslər daim dəstəklənir. Hədəf STEAM Liseyi də bu siyasəti əsas götürərək öz fəaliyyətində mühəndislik və texnoloji yeniliklərin ölkəmizə gətirilməsinə, şagirdlər arasında təbliğ olunmasına çalışır. Yeni dünyanın qaydalarına uyğun olaraq bilgili, zəki, ölkəmiz üçün texnoloji yenilikləri mənimsəmiş nəsil yetişdirmək liseyin əsas məqsədidir.

Hədəf Liseyinin təhsil fəlsəfəsi STEAM (Science, Technology, Engineering, Art, Math) konseptinə əsaslanır. STEAM şagirdlərin interaktiv və inteqrasiya halında toxunaraq və bilavasitə iştirak edərək öyrənmələrini nəzərdə tutur.

Ümumi müddəalar
Özün düzəlt ənənəvi olaraq ildə bir dəfə keçiriləcək bacarıq, yaradıcılıq, əl istehsalının bir arada olduğu və balabilgələrin özlərinin hazırladıqlarının sərgiləndiyi (EFMF) elm, mühəndislik və faydalılıq festivalıdır.
Festival yarışma xarakteri daşımır, sadəcə Hədəf STEAM Liseyi müəllimlərinin balabilgələrlə hazırladıqlarının nümayiş edildiyi sərgidir.
Festivalda balabilgələr tək və ya müəllimləri, valideynləri ilə birgə hazırladıqları layihələri təqdim edəcəklər.
Layihə açıq hava altında əvvəlcədən müəyyən edilmiş ərazidə gün boyunca nümayiş etdiriləcək.
Balabilgələr bu festival vasitəsilə araşdırmağa sövq edilir, araşdırdığı məhsulu ən sadə formada düzəltməyi öyrənir, sonda isə bunu ictimaiyyətə təqdim edir. Bizim uşaqlarda formalaşmasını istədiyimiz bacarıqlardan biri də elə ictimaiyyət qarşısında fikir sahibi olmaq və həmin fikri izah edə bilməkdir.
Bununla yanaşı uşaqların düzəltmək və sərgiləmək istədikləri hansısa layihə dəstəklənməli və həyata keçməsi üçün şərait yaradılmalıdır.

Festivalda iştirak qaydaları
Layihə iştirakçıları festivalda iştirak edəcəklərinə dair əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat onlayn formada həyata keçirilir.
Düzəldilmiş məhsulun layihəsi hazır olmalı və məhsulun xüsusiyyətləri onu düzəldən şəxs və ya şəxslər tərəfindən ziyarətçilərə izah edilməlidir.
Balabilgələrin fikirləri müəllimlər tərəfindən faydalı olaraq qəbul edilməli və fikrin aid olduğu fənnin müəllimi həmin layihə ilə bağlı balabilgədən köməyini əsirgəməməlidir.
Festivalın xitab etdiyi yöndə heç bir limit yoxdur, əsas hansısa bir şəkildə əllə və ya avadanlıqlarla hazırlanmış məhsul təqdim edilmək üçün hazır olsun (EFMF).

Hazırlanan məhsullar faydalılıqdan əlavə dərs mövzusunu daha yaxşı mənimsəməkdə kömək olmalıdır.

Bu altbaşlıqlar üzrə festivala qatılmaq istəyən balabilgələrin qeydiyyatı əvvəlcədən edilməli və festivaldan 1 həftə əvvəl layihələr sərgiyə hazır olmalıdır.