ZU
“ZƏFƏRİN UŞAQLARI” ADLI HEKAYƏ MÜSABİQƏSİ
ZU nədir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “XAN Nəşriyyatı”nın birgə layihəsi əsasında Ümummilli lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilir. Müsabiqənin əsas tərəfdaşı “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, sponsoru Hədəf Şirkətlər Qrupudur.
İdeya müəllifi
Hədəf Şirkətlər Qrupunun qurucusu, “Tərəqqi” medalı laureatı, ANAİB idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq
Təşkilatçılar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “XAN Nəşriyyatı”
Layihənin təsisçisi
“XAN Nəşriyyatı”
Münsiflər heyəti
Sədr Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun təsisçisi
Səbuhi Şahmursoy – “XAN Nəşriyyatı”nın icraçı direktoru
Nizami Hüseynov – “Hədəf Nəşrləri”nin icraçı direktoru
Elnur Aslanbəyli – “Altun Kitab” nəşriyyatının redaktoru
Nərgiz Cabbarlı – “Şərq-Qərb” nəşriyyatının baş redaktoru
Fatimə Alxaz – “Ağıllı bala” nəşriyyatının direktoru
Amin Orucov – “Simurq” nəşriyyatının direktoru
Veysəl Məmmədov – “Libra Kitab” nəşriyyatının direktoru
Mübariz Yunus – “Füyuzat” dərgisinin baş redaktoru
Sevinc Nuruqızı – Yazıçı
Tərəfdaş
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi
Sponsor
Hədəf Şirkətlər Qrupu
Məqsəd
Müsabiqənin təşkilində əsas məqsəd ailə, qadın və uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırmaq, gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalini maarifləndirmək, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməkdir. Müsabiqə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur və Heydər Əliyevin Azərbaycanda qadın, uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir.
ZƏFƏRİN UŞAQLARI” adlı hekayə müsabiqəsinin nizamnaməsi
- Ümumi müddəalar
“Zəfərin uşaqları” adlı hekayə müsabiqəsinin mövzusu aşağıdakı mövzuları əhatə edir:
- ailə və uşaq hüquqlarının müdafiəsi;
- cəmiyyətin müxtəlif çevrələrində gender bərabərliyinin pozulması
- ictimai məsuliyyəti;
- boşanmaların uşaqlara vurduğu psixoloji zərbələr və yaratdığı mənəvi böhranları;
- bu istiqamət üzrə digər aktual məsələləri.
Müsabiqəyə hekayə qəbulu 1 may sona çatır.
Qaliblərin mükafatlandırılma mərasimi 1 iyun tarixində baş tutacaq.
2. Müsabiqədə iştirak
Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.
Müsabiqəyə həcmi 2 000 (iki min) işarədən az, 20 000 (iyirmi min) işarədən çox olmayan hekayələr qəbul edilir.
Hekayənin mətni üçün tələblər: şriftin qarnituru “Arial”, ölçüsü 12, sətirlərarası interval 1, faylın formatı “doc.” A4.
Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.
3. Müsabiqənin münsiflər heyəti
Müsabiqənin münsiflər heyəti peşəkar ədəbiyyatçı və sosioloqlardan təşkil olunur.
4. Qiymətləndirmə və mükafatlandırma
Qiymətləndirmə münsiflər heyəti tərəfindən aparılacaq.
Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (İlk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq).
İlk 3 yerin qalibi isə diplom və pul ilə mükafatlandırılacaq.
Mükafatlar aşağıdakı qaydada təqdim ediləcək:
- birinci yer – I dərəcəli diplom və 1000 manat;
- ikinci yer – II dərəcəli diplom və 500 manat;
- üçüncü yer – III dərəcəli diplom və 300 manat.