Haqqımızda
Haqqımızda
Bizim şirkətimiz
Məqsədimiz beynəlxalq təcrübə əsasında müxtəlif olimpiadalar, təlim proqramları və resurslar hazırlayaraq şagirdlərin ehtiyaclarına uyğun şəxsi inkişaflarını, dünyanın aparıcı fənn olimpiadalarını ölkəmizdə təşkil etmək, eləcə də şagirdlərimizin yerli müsabiqə və olimpiadalarda uğurlu nəticə əldə etməyini təmin etməkdir.
Hədəf Olimpiada Mərkəzi xidmətinizdədir!
Siz də hədəfinizə çatmaq istəyirsinizsə, bizimlə birgə irəliləyin.
Xidmətlərimiz:
- 1. Respublika fənn müsabiqələri və olimpiadalara hazırlıq;
- 2. Beynəlxalq fənn müsabiqələri və olimpiadalara hazırlıq;
- 3. Yerli olimpiada düşərgələrində iştirak;
- 4. Beynəlxalq olimpiada düşərgələrində iştirak;
- 5. Olimpiada vəsaitləri.
Biz Azərbaycan şagirdlərinin təhsilə marağını artırmaq və Azərbaycanı təhsilyönümlü ölkəyə çevirməyi hədəfləyirik. Mərkəzimiz beynəlxalq təcrübə əsasında müxtəlif olimpiadalar, təlim proqramları və resurslar hazırlayır.
Əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, fənlərin dərindən öyrənilməsinə marağın artırılması, yüksək potensiallı şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin müəyyən edilməsidir. Eyni zamanda mərkəz bir çox beynəlxalq olimpiadalar üzrə akkreditasiya olunub. Mərkəzdə bu olimpiadalar üzrə əlavə hazırlıqlar təşkil edilir və şagirdlərin bu olimpiadalarda iştirak etməsi üçün bütün imkanlar yaradılır.
Mərkəzin təşkilatçılığı ilə Respublika Fənn Olimpiadaları, fənn müsabiqələri və beynəlxalq olimpiadalara hazırlıqlar təşkil olunur. Hazırlıqlar Azərbaycan, rus və ingilis bölmələri üzrə II-IX siniflərdə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya, biologiya və informatika istiqamətində aparılır. Hazırlıq məqsədilə fənlər və bölmələr üzrə müxtəlif növ seçim turları təşkil edilir. Beləcə, potensiallı şagirdlərə düzgün istiqamət verilir və xüsusi akademik fəaliyyət aparılır.
Mərkəz fəaliyyətə başladığı gündən bir çox beynəlxalq əməkdaşlıqlar nəticəsində yeni olimpiadalar keçirib.
Beynəlxalq Olimpiadalar Mərkəzinin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsi, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərlə aparılan bir sıra mühüm işlərə dəstək olmaqdır.