Fənlərin Dostluğu Olimpiadası
Fənlərin Dostluğu Olimpiadası (FDO) indi yeni formatda!
Əziz şagirdlər, Fənlərin Dostluğu Olimpiadası başlayır!
Artıq olimpiada ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan II – X sinif şagirdləri arasında keçiriləcək.
Olimpiadanın sualları inteqrasiyaya əsaslanır. 2 fənli, 3 fənli, 4 fənli və 5 fənli olmaqla tərtib edilən suallar çətinlik dərəcəsinə görə qiymətləndirilir.
Olimpiadanın təşkilatçısı Hədəf Şirkətlər Qrupu, dəstəkçiləri Sınaq İmtahan Mərkəzi, Medika Hospital, EduHek, SinKod, Hədəf Global, Robotzade və “Kitabevim.az” mağazası, “Senet.az” portalı və “Ustad” dərgisidir.