FDO

Fənlərin Dostluğu Olimpiadasının 15-ci buraxılışı təşkil olundu

Ölkə üzrə II–X sinif şagirdləri arasında keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO-15) uğurla başa çatıb. Olimpiadada Bakı, Naxçıvan, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 400-ə yaxın şagird iştirak edib.

Bir mərhələdə keçirilən olimpiadada iştirakçılar 120 dəqiqə ərzində 30 inteqrativ sualı cavablandırıblar. Sualların tərtibində fənlərarası inteqrasiya prinsiplərinə əsaslanaraq şagirdlərin analitik düşünmə, məntiqi əlaqələndirmə və problem həll etmə bacarıqlarının qiymətləndirilməsi hədəflənib.

Fənlərin Dostluğu Olimpiadası məktəblilərin intellektual inkişafının dəstəklənməsi, istedadlı şagirdlərin üzə çıxarılması və onların təhsildə motivasiyasının artırılması məqsədilə həyata keçirilir.
Olimpiadada yüksək nəticə göstərən şagirdlərə Hədəf STEAM Liseyi və Hədəf Kurslarında təhsil güzəştləri və eləcə də noutbuk, planşet, segvey, ağıllı saat və qulaqlıq kimi qiymətli hədiyyələr təqdim olunacaq.

Olimpiadanın nəticələri 7 iş günü ərzində rəsmi olaraq elan ediləcək. İştirakçılar nəticələrlə www.tio.edu.az saytı vasitəsilə tanış ola biləcəklər.

Fənlərin Dostluğu Olimpiadası Hədəf Şirkətlər Qrupu tərəfindən təşkil olunmuş, layihənin reallaşdırılmasında Hədəf Kursları, Hədəf STEAM Liseyi, SİNKOD yayın və dağıtım şirkəti, Eduhek, Sınaq İmtahanı Mərkəzi, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Senet.az portalı, Ustad dərgisi və Hədəf Global tərəfdaş kimi iştirak etmişlər.

Fənlərin dostluğu olimpiadası
FDO

FDO qaliblərinin uğuru daimidir!

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin
Fənlərin Dostluğu Olimpiadası
FDO

Fənlərin Dostluğu Olimpiadası olimpiadanın aktuallığı

Olimpiadanın aktuallığı: Fənlərin Dostluğu Olimpiadası. Ümumiyyətlə, bütün yaradılmışlar həmişə dəyişməyə can atır. Təbiət də dəyişkən və rəngarəngdir. Həmçinin insan övladı