FDO

Fənlərin Dostluğu Olimpiadasının 15-ci buraxılışının qalibləri mükafatlandırıldı

II–X sinif şagirdləri arasında keçirilən Fənlərin Dostluğu Olimpiadasının 15-ci buraxılışı üzrə qaliblərin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və olimpiadada iştirak edən şagirdlər iştirak ediblər.

Olimpiadanın əsas məqsədi şagirdlərin intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, analitik və yaradıcı təfəkkürlərini inkişaf etdirmək, fənlərarası əlaqələrin əhəmiyyətini aşılamaq və istedadlı məktəblilərin gələcək təhsil yoluna dəstək olmaqdır. Artıq 15 ildir, təşkil olunan bu olimpiada klassik bilik yarışmasından fərqli olaraq biliklərin vahid və inteqrativ sistem kimi mənimsənilməsini təşviq edir.

Müsabiqə çərçivəsində riyaziyyat, fizika, kimya, humanitar fənlər, digər sahələr arasında qarşılıqlı əlaqə ön plana çəkilərək şagirdlərin məntiqi düşünmə, əlaqələndirmə və problem həll etmə bacarıqları qiymətləndirilib. Bu yanaşma müasir təhsil sistemlərində əsas yer tutan inteqrativ təlim modelinin şagirdlər arasında tətbiqinə xidmət edir.

Mükafatlandırma mərasimində vurğulanıb ki, Fənlərin Dostluğu Olimpiadası şagirdlərdə sağlam rəqabət mühiti yaradır, əməkdaşlıq və özünəinam hissini gücləndirir, eyni zamanda onların gələcək təhsil və peşə seçimində daha geniş baxış bucağı formalaşdırır. Qeyd olunub ki, bu olimpiadada yalnız qaliblər deyil, bilik yolunda cəsarətlə iştirak edən hər bir şagird uğur qazanmış hesab olunur.

Tədbirdə olimpiadanın müəllifi və Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq çıxış edərək şagirdləri təbrik edib, FDO-nun 15 illik tarixindən, eləcə də əvvəlki illərdə bu olimpiadada uğur qazanan şagirdlərin hazırda dünyanın aparıcı universitetlərində təhsil almalarından bəhs edib.

Olimpiadanın qalibləri Hədəf STEAM Liseyi və Hədəf Kurslarında təhsil güzəştləri, “Kitabevim.az”dan güzəşt kuponları, “Xan Nəşriyyatı”nın Milli klassika seriyasından dəyərli kitablar, həmçinin müxtəlif elektron hədiyyələr – planşet, ağıllı saat, qulaqlıq və digər qiymətli mükafatlarla təltif olunublar. Qaliblər arasında ən yüksək nəticə göstərən iştirakçı isə Hədəf Liseyi və Hədəf Kurslarında 100 % təhsil güzəşti qazanıb.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən Fənlərin Dostluğu Olimpiadası müasir təhsildə inteqrativ yanaşmanın təbliği məqsədilə təsis edilib və bu gün də həmin missiyanı uğurla davam etdirir.

Fənlərin dostluğu olimpiadası
FDO

FDO qaliblərinin uğuru daimidir!

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin
Fənlərin Dostluğu Olimpiadası
FDO

Fənlərin Dostluğu Olimpiadası olimpiadanın aktuallığı

Olimpiadanın aktuallığı: Fənlərin Dostluğu Olimpiadası. Ümumiyyətlə, bütün yaradılmışlar həmişə dəyişməyə can atır. Təbiət də dəyişkən və rəngarəngdir. Həmçinin insan övladı