TİO

Hədəf Şirkətlər Qrupu ilə Doğu Akdeniz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb!

Hədəf Şirkətlər Qrupu ilə Doğu Akdeniz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb!

2-3 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasında (KKTC) ilk qurulan ali təhsil müəssisəsi olan Doğu Akdeniz Universitetinin (DAÜ) nümayəndə heyəti Hədəf Şirkətlər Qrupunun qonağı olub. Nümayəndə heyətinin tərkibində DAÜ
rektoru Prof. Dr. Hasan Kılıç, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Dos. Cahit Ezel, əczaçılıq fakültəsinin dekanı Prof. Dr. Ozan Gülcan, təhsil fakültəsinin
müəllimi Prof. Dr. Sibel Dinçyürek və iş adamı İlhami Bilgen təmsil olunublar.
2 gün davam edən səfər çox məhsuldar və hər iki qurum üçün uğurlu və yaddaqalan oldu.
Belə ki, səfərin ilk günü DAÜ rektoru Prof. Dr. Hasan Kılıç Hədəf Şirkətlər Qrupuna daxil olan müəssisələrin rəhbərləri üçün “Uğurlu idarəetmənin yolları” adlı təlim (seminar) təqdim etdi. Seminar zamanı cənab rektor iştirakçılara uğurlu idarəetmə strategiyaları haqqında məlumat verdi, öz şəxsi təcrübələrini
onlarla bölüşdü.
Daha sonra Hədəf Şirkətlər Qrupu baş idarə binasında baş tutan görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edildi, gələcək əməkdaşlıq perspektivləri müəyyənləşdirildi. Bu müzakirələrin nəticəsi olaraq DAÜ rektoru Prof. Dr. Hasan Kılıç və Hədəf Şirkətlər Qrupunun baş direktoru Dos. Dr. Şəmil Sadiq arasında əməkdaşlıq protokolu imzalanmışdır.
2 aprel günün birinci yarısında DAÜ təhsil fakültəsinin müəllimi, ailə psixoloqu Prof. Dr. Sibel Dinçyürek Hədəf Liseyinin Azadlıq filialında liseyin 9, 10 və 11-ci sinif şagirdləri üçün “Zehni yükdən uğura: İmtahan həyəcanını anlamaq və idarə etmək”
mövzusunda təlimi təşkil edildi. Təlim zamanı şagirdlərə imtahan həyəcanın idarə edilməsi, vaxtın düzgün bölgüsü və s. mövzularda faydalı tövsiyələr verildi.
Həmin gün günün ikinci yarısında isə Prof. Dr. Sibel
Dinçyürek Hədəf Liseyi müəllimləri və valideyinlər üçün “Kiber təhlükəsizlik” mövzusunda seminar keçirdi. Seminarın əsas məqsədi uşaq və yeniyetmələrin internet
resurslarından düzgün istifadəsi, kiber təhlükəsizlik və yarana biləcək problemlər, onların düzgün həlli yolları haqqında məlumatlar təqdim olunub.
DAÜ Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dos. Cahit Ezel Hədəf Kursları Azadlıq filialında, DAÜ əczaçılıq fakültəsinin dekanı Prof. Dr.Ozan Gülcan isə Hədəf Kursları Əhmədli
və Bakıxanov filiallarında olmuş, abituriyentlərlə görüşdülər, onlara karyera planlaması, uğurlu ixtisas
seçimi ilə bağlı tövsiyələrini çatdırdılar.
3 aprel 2025-ci il tarixində
DAÜ nümayəndə heyəti Hədəf Liseyinin Qurtuluş filialında oldu, məktəb pedaqoji kollektivi və balabilgələrlə görüşdülər. Görüş zamanı qonaqlar filialın maddi texniki
bazası, sinif otaqları, laboratoriyalar, idman zalı, STEAM otağı və s. tanış oldular. Filialda yaradılan şərait, balabilgələrin müasir biliklərə, milli və mənəvi dəyərlərə sahib olması
qonaqlar tərəfindən yüksək qiymətləndirildi.
DAÜ rektoru Prof. Dr. Hasan Kılıç və Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiqin bir-birlərinə xatirə hədiyyələri təqdim edilməsi ilə görüş başa çatdı.
2 günlük görüşün nəticəsi olaraq tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, II Türk
İnteqrasiya Olimpiadasında DAÜ-nün Olimpiada qaliblərinə təqaüd ayırması, birgə layihələrin həyata keçirilməsi, yay və qış məktəblərinin təşkili, tələbə və müəllim mübadiləsi və digər ortaq akademik layihələrin həyata keçirilməsi qərara alındı.

Hədəf Olimpiada Mərkəzi
TİO

Hədəf Olimpiada Mərkəzi

Sizə şad xəbərimiz var!Hədəf Olimpiada Mərkəzi artıq xidmətinizdədir.Biz beynəlxalq təcrübə əsasında müxtəlif olimpiadalar, təlim proqramları və resurslar hazırlayıb şagirdlərin ehtiyaclarına
teeneagle olimpiada merkezi
TİO

“TeenEagle” beynəlxalq olimpiadası

“TeenEagle” İngiltərədə yerləşən Brooke House kolleci və Brunel Universiteti tərəfindən akkreditasiya edilmiş və 10 yaşdan 18 yaşa qədər olan şagirdlər