FDO

Olimpiadada iştirak qaydaları

Olimpiadada iştirak qaydaları

Olimpiadada iştirak qaydaları:

Olimpiada Azərbaycan Respublikasının orta ümumtəhsil məktəbləri arasında keçirilir.

Olimpiada iştirakçıları müsabiqədə fərdi şəkildə iştirak edirlər. Olimpiada iştirakçıları IX-X sinif şagirdlərindən ibarət olmalıdır.

FDO-ya son qeydiyyat tarixinə qədər 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə bilər.

Olimpiadada iştirak etmək istəyən hər bir şagird qaydalarda göstərilən tarixdən gec olmayaraq ümumtəhsil müəssisəsindəki Məktəb Olimpiada Təşkilatında qeydiyyatdan keçməlidir.

Olimpiadada iştirak pulsuzdur.

Olimpiada suallarının tərtibi

FDO-da suallar multidissiplinar formada hazırlanır.

Hər bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır.

FDO-da hər bir inteqrativ sual Azərbaycan dili, ədəbiyyat, ingilis dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika və tarix haqqındadır.

Olimpiadaya 1 gün qalmış münsiflər heyəti elm komitəsinin təklif etdiyi suallardan seçim edərək olimpiadanın təşkilat komitəsinə təklif edir.

Olimpiadanın keçirilməsi, qiymətləndirilməsi və mükafatlandırılması

Olimpiada bir mərhələdə keçirilir:

Sual kitabçası Azərbaycan dilində tərtib edilir.

Olimpiada keçirilən əraziyə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, eləcə də olimpiadaya buraxılış vərəqi ilə daxil olmaq mümkündür. Otaqlarda yalnız olimpiada təşkilat komitəsinin üzvləri və olimpiada iştirakçıları ola bilər.

Olimpiada iştirakçıları inteqrativ test tapşırıqlarını qəbul edilmiş vaxt ərzində yerinə yetirirlər.

İnteqrativ test tapşırıqları yerinə yetiriləndən sonra hər bir iştirakçı kitabçasını nəzarətçiyə təhvil verib zalı tərk edir.

Olimpiada iştirakçılarına qoyulan tələblər:

Olimpiada iştirakçıları sakitliyə və intizama riayət etməlidirlər.

Olimpiada təşkilat komitəsinin olimpiadada istifadəsi üçün icazə verilən məlumatlandırma vərəqləri istisna olmaqla digər materiallardan istifadə qadağandır. Mobil telefonlardan və başqa elektron cihazlardan, əlaqə vasitələrindən istifadəyə yol verilmir. Verilmiş qaydaların pozulması iştirakçını olimpiadada iştirak hüququndan məhrum edəcək.

Olimpiada aşağıdakı formada qiymətləndirilir:

Yarışda 50 sual verilir və hər sual 1 balla qiymətləndirilir (maksimum 50 bal)

Olimpiadanın bütün sualları inteqrativ test formasındadır.

Sualların cavablandırılma müddəti 120 dəqiqədir.

Nəticələr 5 (beş) gün müddətində doğru cavablar bazasından yoxlanılır. Buraxılan olimpiada iştirakçılarının nəticələri olimpiada təşkilat komitəsinin qərarı ilə təsdiqləndikdən sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyətə açıqlanır.

Yekunlaşdırıcı nəticələr ikinci mərhələnin bitməsindən 1 (bir) gün sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyətə açıqlanır. Ballar eyni olduğu halda doğru cavablara yanaşma faizi nəzərə alınır.

Olimpiada tapşırıqlarında səhv düzü aparmır.

Sualların yoxlanılması və qiymətləndirilməsi elmi komitə tərəfindən həyata keçirilir. Yoxlamaya münsiflər heyəti nəzarət edir.

Olimpiada qaliblərinin mükafatlandırılması:

Olimpiadanın nəticələrinə əsasən ilk 3 yer üzrə həm iştirakçılar, həm də onların təmsil etdiyi məktəblər, sonrakı 4-10-cu yerlər üzrə isə yalnız iştirakçılar mükafatlandırılır.

Olimpiadanın ikinci mərhələsində iştirak edən bütün iştirakçılar (yüz nəfər) olimpiadada müəyyən olunmuş formada sertifikat alacaqlar.

Olimpiadanın keçirilməsində informasiya, texniki və sponsorluq təminatını həyata keçirən şirkətlər uyğun diplomlarla mükafatlandırılacaqlar.

Olimpiadanın təşkilat komitəsi tərəfindən “Fəxri Qonaq” adına layiq görülmüş şəxslər fəxri diplomla təltif ediləcəklər..

Fənlərin dostluğu olimpiadası
FDO

FDO qaliblərinin uğuru daimidir!

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin
Fənlərin Dostluğu Olimpiadası
FDO

Fənlərin Dostluğu Olimpiadası olimpiadanın aktuallığı

Olimpiadanın aktuallığı: Fənlərin Dostluğu Olimpiadası. Ümumiyyətlə, bütün yaradılmışlar həmişə dəyişməyə can atır. Təbiət də dəyişkən və rəngarəngdir. Həmçinin insan övladı