Məqalə

Taylandda Azərbaycan şagirdləri qızıl medal qazandı

Taylandın paytaxtı Banqkok şəhərində keçirilən SIMSO-nun (Siam International Math and Science Olimpiad) final mərhələsində 7 azərbaycanlı şagird medal qazanıb.

“Ədəbiyyat və incəsənət” portalı
tio.edu.az istinadən xəbər verir ki, ölkəmiz bu olimpiadada ilk dəfədir, iştirak edir.

Oğuz şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Dağlar Fətəlizadə qızıl, Bakı şəhər 274 nömrəli məktəbin şagirdi Aydan Ömərova, Salyan rayon 1 nömrəli Qarabağlı kənd məktəbinin şagirdləri Abel Fərəcov və İsmayıl Fərəcov gümüş, Bakı şəhər ADA məktəbinin şagirdi Fatimə Əlizadə, Bakı Avropa Liseyinin şagirdi Məhəmməd Əliyev, Gənc İstedadlar Liseyinin şagirdi Əli Ağazadə bürünc medal qazanıblar.

Bundan başqa, Dağlar Fətəlizadə öz kateqoriyası üzrə ən yüksək nəticəni göstərərək çempion kubokuna, Aydan Ömərova isə ikinci ən yüksək nəticəni göstərərək “İkinci qaçışçı” (“Second runner up”) kubokuna layiq görülüblər.

Olimpiada iki mərhələdən – ölkə üzrə seçim və beynəlxalq final mərhələsindən ibarətdir. İlk seçim mərhələsində 50-yə yaxın ölkə iştirak edib.

Qeyd edək ki, Hədəf Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq də olimpiadaya dəvət olunub.