TİO

TİO 2026-cı ildə Ankarada keçiriləcək!

Bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadası gələn il Türkiyənin Ankara şəhərində keçiriləcək.
Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan “Nəsibə Aydın” məktəblərinin sahibi və Direktoru Mirkan Aydın bəy heyəti ilə birgə Bakıda səfərdə olub və bu səfər çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqlə görüşüb, Hədəf konsepti ilə yaxından tanış olublar. Görüş çərçivəsində tərəflər Hədəf STEAM Liseyi ilə Nəsibə Aydın məktəbləri arasında qardaş məktəblər memarandumu imzalayıb. Memarandumda Hədəf liseyi ilə “Nəsibə Aydın” məktəblərinin həm müəllim, həm də şagirdləri arasında əməkdaşlıqlarının qurulması, təcrübələrinin bölüşməsi, geniş tərkibli birgə pedaqoji fəaliyyətlər razılaşdırılıb. Həmçinin Hədəf Liseyinin təsisçisi olduğu və bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadasında “Nəsibə Aydın” məktəblərinin tərəfdaş kimi iştirakı və 3-cünün Ankarada “Nəsibə Aydın” məktəblərində keçiriləcəyi ilə bağlı anlaşma imzalanıb.

Onu da nəzərə çatdıraq TİO–II üçün yerli mərhələ üçün qeydiyyat davam edir. 13-16 yaşlı azərbaycanlı məktəblilər də DAXİL OL linkdən qeydiyyatdan keçərək 6 apreldəki birinci turda iştirak edə bilərlər.

Bu il olimpiadada 10-dan ölkədən 100-ə yaxın məktəbi olimpiadada iştirak edəcək.
Qeyd edək ki, olimpiadada iştirak ödənişsizdir.

Hədəf Olimpiada Mərkəzi
TİO

Hədəf Olimpiada Mərkəzi

Sizə şad xəbərimiz var!Hədəf Olimpiada Mərkəzi artıq xidmətinizdədir.Biz beynəlxalq təcrübə əsasında müxtəlif olimpiadalar, təlim proqramları və resurslar hazırlayıb şagirdlərin ehtiyaclarına
teeneagle olimpiada merkezi
TİO

“TeenEagle” beynəlxalq olimpiadası

“TeenEagle” İngiltərədə yerləşən Brooke House kolleci və Brunel Universiteti tərəfindən akkreditasiya edilmiş və 10 yaşdan 18 yaşa qədər olan şagirdlər