Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda bakalavr təhsili almaq fürsəti qazanıb. Reytinq cədvəllərində dünyanın öndə gələn ali təhsil müəssisələrindən biri olan “MİT”-də azərbaycanlı gənclərin təhsil ala bilməsi bizləri çox sevindirir. Qeyd edək ki, Dəniz Səttarlı həm də 2021-ci ildə XI “Fənlərin Dostluğu Olimpiadası”nda 2-ci yerin qalibi olmuşdur. 2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən “Fənlərin Dostluğu Olimpiadası”nın əsas məqsədi dissiplinlərarası təhsil modelini aşılamaq, fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını öyrənənlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır. Məhz belə şagirdlərdən biri də Dəniz olmuşdur. FDO-nun əvvəlki illərdəki buraxılışlarının qaliblərinin sonrakı təhsil həyatlarına nəzər saldıqda yuxarıda dediklərimizin təsadüf olmadığını bir daha görürük. Məsələn, Jalə Məmmədova DİM-in təşkil etdiyi qəbul imtahanında 700 bal, Hidayət Ələkbərli 695 bal, Günay Zamanlı 675 bal, İlahə Sadıqova 667 bal, Elgün Cəfərov 675 bal toplayaraq həm ölkəmizdə, həm də dünyanın müxtəlif ölkələrində yerləşən ali təhsil müəssisələrində təhsillərini davam etdiriblər. “Fənlərin Dostluğu Olimpiadası”nın ilk buraxılışının qaliblərdən Günel Musayeva isə 2017-ci ildə Bahçeşehir Universitetini 1-ciliklə bitirək “Qızıl beyin” mükafatını qazanan yeganə azərbaycanlı olmuşdur. Fənlərin Dostluğu Olimpiadası Təşkilat Komitəsi olaraq həm Fidan Qarayevanı həm də Dəniz Səttarlını təbrik edir, onlara gələcək təhsil həyatlarında uğurlar arzu edirik !
Olimpiadanın aktuallığı: Fənlərin Dostluğu Olimpiadası. Ümumiyyətlə, bütün yaradılmışlar həmişə dəyişməyə can atır. Təbiət də dəyişkən və rəngarəngdir. Həmçinin insan övladı
Olimpiadada iştirak qaydaları: Olimpiada Azərbaycan Respublikasının orta ümumtəhsil məktəbləri arasında keçirilir. Olimpiada iştirakçıları müsabiqədə fərdi şəkildə iştirak edirlər. Olimpiada iştirakçıları