FDO

Fənlərin Dostluğu Olimpiadası bu il 15-ci dəfə keçiriləcək

Bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir, bütün fənn kurikulumlarında inteqrativ yanaşma əsas təşkil edir. Bu yanaşmanın təbliğini şagirdlər arasında genişləndirmək məqsədilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Fənlərin Dostluğu Olimpidası (FDO) təsis edilib.

Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, bacarıqlı və istedadlı məktəblilərə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir. Bununla yanaşı, ümumtəhsil məktəblərində təhsil alan uşaqlarda yaradıcılıq qabiliyyətini və mədəniyyətini üzə çıxarmaq, şagirdlərdə analitik düşüncə tərzini formalaşdırmaq da Olimpiadanın əsas hədəflərindəndir.

Fənlərin Dostluğu Olimpiadasında suallar inteqrativ formada hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır. 2 fənli, 3 fənli, 4 fənli və 5 fənli olmaqla tərtib edilən suallar çətinlik dərəcəsinə görə qiymətləndirilir.

Olimpiadanın builki – 15-ci buraxılışı 7 dekabr 2025-ci il tarixində keçiriləcək. Yarış Bakı, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri başda olmaqla respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 2-9 sinif şagirdləri arasında təşkil olunacaq. Bir mərhələdən ibarət olan Olimpiadada iştirakçılar 2 saat ərzində 50 sual cavablandıracaqlar. Olimpiadaya hazırlaşan şagirdlər üçün əsas vəsait Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 5-9-cu siniflər üzrə Azərbaycan dili, ədəbiyyat, ingilis dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika və tarix dərslikləri və məktəb kurikulumlarıdır.
Sual nümunələri ilə tio.edu.az saytından tanış olmaq mümkündür.

Olimpiadada qalib gələn şagirdlər üçün həm Hədəf Kursları, həm də Hədəf STEAM Liseyi tərəfindən xüsusi güzəştlər nəzərdə tutulub:

Hədəf Kurslarında:

Qaliblərin qalibi – 100% güzəşt

1-ci yer – 500% güzəşt

2-ci yer – 30% güzəşt

3-cü yer – 20% güzəşt

Hədəf STEAM Liseyində:

Qaliblərin qalibi – 100% güzəşt

1-ci yer – 30% güzəşt

2-cü yer – 20% güzəşt

3-cü yer – 10% güzəşt

İmtahanda iştirak edən şagirdlər həmçinin müxtəlif qiymətli hədiyyələr qazanmaq şansı əldə edəcəklər. Onların arasında:

  • Qulaqlıqlar
  • Planşetlər
  • Ağıllı saatlar
  • Notbuklar
  • Elektrikli skuterlər

Olimpiadanın təşkilatçısı Hədəf Nəşrləri, dəstəkçiləri isə Hədəf Kursları, Hədəf STEAM Liseyi, Sınaq İmtahanı Mərkəzi, Medika Hospital, EduHek, SinKod, Hədəf Global, “Kitabevim.az” mağazası, “Senet.az” portalı və “Ustad” dərgisidir.

Fənlərin dostluğu olimpiadası
FDO

FDO qaliblərinin uğuru daimidir!

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin
Fənlərin Dostluğu Olimpiadası
FDO

Fənlərin Dostluğu Olimpiadası olimpiadanın aktuallığı

Olimpiadanın aktuallığı: Fənlərin Dostluğu Olimpiadası. Ümumiyyətlə, bütün yaradılmışlar həmişə dəyişməyə can atır. Təbiət də dəyişkən və rəngarəngdir. Həmçinin insan övladı