TİO

II Türk İnteqrasiya Olimpiadasının yerli mərhələsi uğurla başa çatdı!

II Türk İnteqrasiya Olimpiadasının yerli mərhələsi uğurla başa çatdı!

6 aprel 2025-ci il tarixində Türk dünyasının məktəbliləri arasında keçirilən II Türk İnteqrasiya Olimpiadasının (TİO) yerli (seçim) mərhələsi uğurla təşkil olundu. Olimpiadanın bu mərhələsi onlayn formatda, xüsusi proqram təminatı vasitəsilə həyata keçirildi. Ümumilikdə 2000-dən çox şagirdin iştirak etdiyi bu mərhələdə iştirakçılar fərdi qaydada öz bilik və bacarıqlarını sınadılar.

Yarışma Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və digər türk dilli bölgələrdən olan şagirdləri bir araya gətirdi. İştirakçılar Azərbaycan, rus və ingilis dillərində keçirilən bu olimpiadada 13–16 yaş arasında olmaqla, ortaq dərsliklərə və inteqrativ yanaşmaya əsaslanan suallarla yarışdılar. Hər bir sual türk dünyasının coğrafiyası, tarixi, ədəbiyyatı və mədəniyyəti ilə əlaqələndirilmişdi.

Seçim mərhələsində uğur qazanan şagirdlər növbəti – final mərhələsinə vəsiqə əldə etdilər. Final mərhələsi və bağlanış mərasimi 2–4 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq.

Final mərhələsinin qaliblərini dəyərli mükafatlar, diplomlar və medallar gözləyir. Bundan əlavə, I, II və III yerin sahibləri Doğu Akdeniz Universiteti və Turan Universiteti tərəfindən təqdim olunan 100% təqaüd, digər yüksək nəticə göstərən iştirakçılar isə 75% və 50% təqaüd qazanmaq imkanı əldə edəcəklər.

TİO-nun əsas məqsədləri:

  • Türk xalqlarının ortaq dil, tarix və dəyərlər ətrafında inteqrasiyasını gücləndirmək;
  • Gənclər arasında elmi əməkdaşlıq və bilik paylaşımını təşviq etmək;
  • “Dildə, fikirdə, işdə birlik” ideyasını yaymaq;
  • Türk dünyasında ortaq təhsil platforması yaratmaqdır.
Hədəf Olimpiada Mərkəzi
TİO

Hədəf Olimpiada Mərkəzi

Sizə şad xəbərimiz var!Hədəf Olimpiada Mərkəzi artıq xidmətinizdədir.Biz beynəlxalq təcrübə əsasında müxtəlif olimpiadalar, təlim proqramları və resurslar hazırlayıb şagirdlərin ehtiyaclarına
teeneagle olimpiada merkezi
TİO

“TeenEagle” beynəlxalq olimpiadası

“TeenEagle” İngiltərədə yerləşən Brooke House kolleci və Brunel Universiteti tərəfindən akkreditasiya edilmiş və 10 yaşdan 18 yaşa qədər olan şagirdlər