II – X sinif şagirdləri arasında Fənlərin Dostluğu Olimpiadası keçirildi!
Olimpiadanın builki buraxılışında Bakı, Naxçıvan, Sumqayıt və Xırdalan şəhərləri başda olmaqla respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin II – X sinif şagirdləri iştirak etdilər. Bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada 2 saat müddətində 30 sual cavablandırıldı.
Hədəf Globaldan Amerikada yay kampı:
Qaliblər eyni zamanda, Hədəf Global tərəfindən təşkil olunan Amerikada yay kampında ödənişsiz iştirak etmək şansı qazanacaqlar!
Hədəf STEAM Liseyində və Hədəf Kurslarında 2024/2025-ci tədris ili üçün təhsil haqqına güzəşt:
I yer: 30% güzəşt
II yer: 20% güzəşt
III yer: 15% güzəşt
Digər möhtəşəm hədiyyələr:
Reytinqy xallarına əsasən şagirdlər noutbuk, planşet, “sagvey”, ağıllı saat, qulaqlıq və “bookreader” kimi möhtəşəm hədiyyələrlə təltif olunacaqlar.
Əlavə olaraq:
Hər sinif üzrə ilk 3 yerə 30, 50 və 100 manatlıq kitab hədiyyələri təqdim ediləcək.
Olimpiadanın nəticələri ilə 7 iş günü ərzində elan ediləcək, www.tio.edu.az saytı vasitəsilə tanış ola bilərsiniz.
2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Fənlərin Dostluğu Olimpiadasının builki 14-cü buraxılışının təşkilatçısı Hədəf Şirkətlər Qrupu, tərəfdaşları isə Hədəf Kursları, Evrika Liseyi, Hədəf STEAM Liseyi, SinKOD yayın və dağıtım şirkəti, Eduhek, Sınaq İmtahan Mərkəzi, “Kitabevim.az” kitab mağazaları şəbəkəsi, “senet.az” portalı, “Ustad” dərgisi və Hədəf Globaldır.