SEAMO Olimpiadası keçirildi!
20 oktyabrda SEAMO olimpiadası təşkil olundu. SEAMO (Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadası) tənqidi düşüncə bacarığını inkişaf etdirməyi hədəfləyir.
Riyaziyyat olimpiadasına düşən sualların 50 – 60 %-i məktəb kurikulumunun bir hissəsi kimi öyrədildiyinə görə şagirdlər müsabiqəyə qoşulmazdan əvvəl riyaziyyat olimpiadası dərslərinə və təcrübə materialları ilə tanışlığa cəlb olunurlar.
Hədəf Olimpiada Mərkəzi olaraq hər bir SEAMO olimpiadasının idarə olunmasını və dəqiqliklə həyata keçirilməsini təmin edirik.
Qiymətləndirmə aşağıdakı kimi aparılır:
- 92 bal və yuxarı – Qızıl medal və sertifikat
- 80 – 92 bal – Gümüş medal və sertifikat
- 60 – 80 bal – Bürünc medal və sertifikat
- 60 baldan aşağı – İştirakçı sertifikatı
SEAMO-da 5 – 18 yaşlı şagirdlər iştirak etdilər. Olimpiada 3 fərqli dildə təşkil olunmuşdu:
Azərbaycan
Rus
İngilis












