SEAMO

SEAMO mükafatlandırma mərasimi baş tutub.

Dekabrın 25-də Hədəf Globalın təşkilatçılığı ilə Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadasının (SEAMO) mükafatlandırma mərasimi baş tutub.

tio.edu.az xəbər verir ki, mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Həmçinin bu günü Bakı-Qazaxıstan hava yolunda baş verən qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa dilədilər.

Giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq qalibləri təbrik edib. Hazırda ölkəmizin bütün sahələrdə, eləcə də təhsil sahəsində beynəlxalq müstəvidə ciddi uğurlar qazandığını qeyd edib.

Hədəf xaricdə təhsil və olimpiada mərkəzinin rəhbəri Yaşar Zeynalov SEAMO ilə bağlı, həmçinin ölkədaxili və beynəlxalq olimpiadalar barədə məlumat verib.

Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev kürsüyə dəvət olunub. O da öz növbəsində imtahanda uğur qazanan şagirdləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Ötən il Sinqapurda finalda iştirak edən şagirdin valideyni çıxış edərək SEAMO-nun şagirdlərin həyatında nə qədər mühüm rol oynadığını və bu olimpadada qazandığı uğurun təhsildə xüsusi mövqeyi olduğunu qeyd etdi.

Qaliblər göstərdikləri nəticələrə əsasən qızıl, gümüş, bürünc medal və sertifikatla mükafatlandırılıblar.

Qeyd edək ki, 2016-cı ildən dünya üzrə keçirilən SEAMO-nun seçim və final mərhələsi hər il 60 000-dən çox şagird və 20-dən çox ölkənin iştirakı ilə baş tutur. Bu il iştirakçı ölkələr arasında Azərbaycan da var. Azərbaycan mərhələsində 200-dən çox şagird iştirak edib. Finala vəsiqə qazanan 12 şagirdimiz Malayziyada Azərbaycanı təmsil edəcək.

SEAMO riyaziyyat olimpiadasi
SEAMO

SEAMO tənqidi düşüncə bacarığını inkişaf etdirməyi hədəfləyir.

SEAMO (Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadası) tənqidi düşüncə bacarığını inkişaf etdirməyi hədəfləyir.Riyaziyyat olimpiadasına düşən sualların 50 – 60 %-i məktəb kurikulumunun
seamo mukafatlandirma merasimi
SEAMO

SEAMO mükafatlandırma mərasimi baş tutub.

SEAMO mükafatlandırma mərasimi baş tutub. Dekabrın 23-də Hədəf Globalın təşkilatçılığı ilə Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadasının (SEAMO) mükafatlandırma mərasimi baş tutub.