SEAMO

SEAMO mükafatlandırma mərasimi baş tutub.

seamo mukafatlandirma merasimi

SEAMO mükafatlandırma mərasimi baş tutub.

Dekabrın 23-də Hədəf Globalın təşkilatçılığı ilə Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadasının (SEAMO) mükafatlandırma mərasimi baş tutub.

tio.edu.az xəbər verir ki, mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Ardınca bir dəqiqəlik sükutla Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz yad edilib.

Giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq qalibləri təbrik edib. Hazırda ölkəmizin bütün sahələrdə, eləcə də təhsil sahəsində beynəlxalq müstəvidə ciddi uğurlar qazandığını qeyd edib.

Hədəf xaricdə təhsil və olimpiada mərkəzinin rəhbəri Yaşar Zeynalov SEAMO ilə bağlı, həmçinin ölkədaxili və beynəlxalq olimpiadalar barədə məlumat verib.

Qaliblər göstərdikləri nəticələrə əsasən qızıl, gümüş, bürünc medal və sertifikatla mükafatlandırılıblar.

“Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, İZƏ nəşriyyatının direktoru Orxan Bəyov, T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi, RM nəşriyyatının direktoru Muxtar Abbasov, Atatürk Liseyinin direktor müavini Samir Turan, İstanbul Liseyinin direktoru Tural Abasquliyev və “Landau School”un nümayəndəsi Pərvin Həsənova təhsildəki xidmətlərindən dolayı “Hədəf – 15” döş nişanı ilə təltif ediliblər.

Qeyd edək ki, 2016-cı ildən dünya üzrə keçirilən SEAMO-nun seçim və final mərhələsi hər il 60 000-dən çox şagird və 20-dən çox ölkənin iştirakı ilə baş tutur. Bu il iştirakçı ölkələr arasında Azərbaycan da var. Azərbaycan mərhələsində 200-dən çox şagird iştirak edib. Finala vəsiqə qazanan 12 şagirdimiz Sinqapurda Azərbaycanı təmsil edəcək.

SEAMO riyaziyyat olimpiadasi
SEAMO

SEAMO tənqidi düşüncə bacarığını inkişaf etdirməyi hədəfləyir.

SEAMO (Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadası) tənqidi düşüncə bacarığını inkişaf etdirməyi hədəfləyir.Riyaziyyat olimpiadasına düşən sualların 50 – 60 %-i məktəb kurikulumunun
SEAMO

19 – 22 yanvar SEAMO final mərhələsi keçiriləcək.

19 – 22 yanvar tarixində Sinqapurda Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadasının (SEAMO) final mərhələsi keçiriləcək. Tio.edu.az istinadən xəbər verir ki, olimpiadanın