FDO

Fənlərin Dostluğu Olimpiadasının 15-ci buraxılışının qalibləri mükafatlandırıldı

II–X sinif şagirdləri arasında keçirilən Fənlərin Dostluğu Olimpiadasının 15-ci buraxılışı üzrə qaliblərin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və olimpiadada iştirak edən şagirdlər iştirak ediblər. Olimpiadanın əsas məqsədi şagirdlərin intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, analitik və yaradıcı təfəkkürlərini inkişaf etdirmək, fənlərarası əlaqələrin əhəmiyyətini aşılamaq və istedadlı məktəblilərin gələcək təhsil yoluna dəstək olmaqdır. […]

FDO

Fənlərin Dostluğu Olimpiadasının 15-ci buraxılışı təşkil olundu

Ölkə üzrə II–X sinif şagirdləri arasında keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO-15) uğurla başa çatıb. Olimpiadada Bakı, Naxçıvan, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 400-ə yaxın şagird iştirak edib. Bir mərhələdə keçirilən olimpiadada iştirakçılar 120 dəqiqə ərzində 30 inteqrativ sualı cavablandırıblar. Sualların tərtibində fənlərarası inteqrasiya prinsiplərinə əsaslanaraq şagirdlərin analitik düşünmə, məntiqi əlaqələndirmə və problem […]

SEAMO

SEAMO Beynəlxalq Riyaziyyat Olimpiadası keçirildi!

12 oktyabr 2025-ci il tarixində SEAMO (Cənub-şərqi Asiya Riyaziyyat Olimpiadası) uğurla keçirildi! Olimpiadada 6-18 yaş arası şagirdlər Azərbaycan, rus və ingilis dillərində öz bilik və bacarıqlarını sınadılar. Müsabiqə tənqidi düşünmə və analitik bacarıqların inkişafını hədəfləyərək iştirakçılara beynəlxalq səviyyədə özlərini sınamaq imkanı yaratdı. İndi isə növbə nəticələrdədir!Bütün iştirakçılara uğurlar arzulayırıq və final mərhələsində – 16-19 yanvar […]

FDO

Fənlərin Dostluğu Olimpiadası bu il 15-ci dəfə keçiriləcək

Bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir, bütün fənn kurikulumlarında inteqrativ yanaşma əsas təşkil edir. Bu yanaşmanın təbliğini şagirdlər arasında genişləndirmək məqsədilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Fənlərin Dostluğu Olimpidası (FDO) təsis edilib. Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, bacarıqlı və istedadlı məktəblilərə əlverişli şərait yaratmaq, onların gələcəkdə […]

TİO

 Türk İnteqrasiya Olimpiadasının final mərhələsi uğurla baş tutdu!

 Türk İnteqrasiya Olimpiadasının final mərhələsi uğurla baş tutdu! 3 may tarixində baş tutan final imtahanında türk dünyasının müxtəlif ölkələrindən seçilmiş iştirakçılar biliklərini sınadılar.  Suallar tarix, coğrafiya, ədəbiyyat və mədəniyyətin inteqrasiyasına əsaslanan formatda hazırlandı. 60 dəqiqəlik imtahan müddətində şagirdlər həm fənlərarası düşünmə qabiliyyətlərini, həm də ortaq türk irsini nə qədər dərindən mənimsədiklərini nümayiş etdirdilər.  Qiymətləndirmə sualların çətinlik […]

TİO

Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.

Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib. Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb. O qeyd […]

TİO

Türk İnteqrasiya Olimpiadasının finalçıları Bakının qonağı oldular!

Final mərhələsindən əvvəl iştirakçılar Bakı şəhərinin tarixi, mədəni və müasir siması ilə tanış olmaq fürsəti qazandılar. Türk dünyasının müxtəlif bölgələrindən gələn şagirdlər yalnız bir yarış üçün deyil, birlik və qardaşlıq üçün Bakıda bir araya gəldilər.  Gənclərimiz Bakının memarlığına heyranlıqla tamaşa etdilər. Həm qədim İçərişəhəri, həm də müasir Alov qüllələri kompleksini görərək şəhərin keçmişlə gələcəyi birləşdirən […]

TİO

II Türk İnteqrasiya Olimpiadasının yerli mərhələsi uğurla başa çatdı!

II Türk İnteqrasiya Olimpiadasının yerli mərhələsi uğurla başa çatdı! 6 aprel 2025-ci il tarixində Türk dünyasının məktəbliləri arasında keçirilən II Türk İnteqrasiya Olimpiadasının (TİO) yerli (seçim) mərhələsi uğurla təşkil olundu. Olimpiadanın bu mərhələsi onlayn formatda, xüsusi proqram təminatı vasitəsilə həyata keçirildi. Ümumilikdə 2000-dən çox şagirdin iştirak etdiyi bu mərhələdə iştirakçılar fərdi qaydada öz bilik və […]

TİO

Hədəf Şirkətlər Qrupu ilə Doğu Akdeniz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb!

Hədəf Şirkətlər Qrupu ilə Doğu Akdeniz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb! 2-3 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasında (KKTC) ilk qurulan ali təhsil müəssisəsi olan Doğu Akdeniz Universitetinin (DAÜ) nümayəndə heyəti Hədəf Şirkətlər Qrupunun qonağı olub. Nümayəndə heyətinin tərkibində DAÜrektoru Prof. Dr. Hasan Kılıç, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Dos. Cahit Ezel, əczaçılıq fakültəsinin […]

TİO

TİO 2026-cı ildə Ankarada keçiriləcək!

Bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadası gələn il Türkiyənin Ankara şəhərində keçiriləcək.Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan “Nəsibə Aydın” məktəblərinin sahibi və Direktoru Mirkan Aydın bəy heyəti ilə birgə Bakıda səfərdə olub və bu səfər çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqlə görüşüb, Hədəf konsepti ilə yaxından tanış olublar. Görüş çərçivəsində […]