Fənlərin Dostluğu Olimpiadasının 15-ci buraxılışı təşkil olundu
Ölkə üzrə II–X sinif şagirdləri arasında keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO-15) uğurla başa çatıb. Olimpiadada Bakı, Naxçıvan, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 400-ə yaxın şagird iştirak edib. Bir mərhələdə keçirilən olimpiadada iştirakçılar 120 dəqiqə ərzində 30 inteqrativ sualı cavablandırıblar. Sualların tərtibində fənlərarası inteqrasiya prinsiplərinə əsaslanaraq şagirdlərin analitik düşünmə, məntiqi əlaqələndirmə və problem […]





