PİMSO mükafatlandırma mərasimi baş tutub.
PİMSO mükafatlandırma mərasimi baş tutub.
Martın 9-da Hədəf Globalın təşkilatçılığı ilə Filippin Beynəlxalq Riyaziyyat və Elm Olimpiadasının (PİMSO) mükafatlandırma mərasimi baş tutub.
PİMSO Filippində keçirilən olimpiadadır. Filippin Beynəlxalq Riyaziyyat və Elm Olimpiadası keçirilərkən bir sıra ölkələrlə əməkdaşlıq edilir. Bu il iştirakçı ölkələr arasında Azərbaycan da var. Azərbaycan mərhələsində 300-dən çox şagird iştirak etdi və 100-dən çox iştirakçı qızıl, gümüş, bürünc və nailiyyət medalıları qazanaraq finala vəsiqə əldə etdilər.
tio.edu.az xəbər verir ki, mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Ardınca bir dəqiqəlik sükutla Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz yad edilib.
Giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq qalibləri təbrik edib. Hazırda ölkəmizin bütün sahələrdə, eləcə də təhsil sahəsində beynəlxalq müstəvidə ciddi uğurlar qazandığını qeyd edib.
Qaliblər göstərdikləri nəticələrə əsasən qızıl, gümüş, bürünc, nailiyyət medalları və sertifikatla mükafatlandırılıblar.
AMEA Nizami adına Ədəbiyyat İnsitutunun icraçı direktoru Mehman Həsənli, türkoloq alim, filologiya elmləri doktoru Elçin İbrahimov, təhsil eksperti, Azərbaycan təhsilinin ağsaqqalı Nadir İsrafilov, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Səkinə Həsən, “ASAN könüllüləri” təşkilatının sədr müavini Ayşən Camalzadə, 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət, BMU-nun əməkdaşı Adil Vəliyev, “Məktəb Günəşi” jurnalının baş redaktoru Məzahir Məmmədli təhsildəki xidmətlərindən dolayı “Hədəf – 15” döş nişanı ilə təltif olunublar.
Qeyd edək ki, PİMSO-da yer qazanan şagirdlər Hədəf STEAM Liseyi və Hədəf Kurslarında 10, 20 və 50 % güzəştli təhsil hüququ qazanıblar.